...

Rəsmi Bakı Ermənistanla əsir mübadiləsindən imtina etmir

Ermənistan-Azərbaycan münaqişəsi Materials 7 Avqust 2007 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ Rəsmi Bakı Ermənistanla əsir mübadiləsindən imtina etmir. Bu bərədə çərşənbə axşamı Bakıda Azərbaycanın xarici işlər nazirin müavini Araz Əzimov bəyan edib.

Hazırda erməni tərəfi iki azərbaycanlı əsir saxlayır. Onlarlan biri hərbi qulluqçu Samir Məmmədov, digəri isə mülki şəxsdir.

Ötən həftə erməni tərəfinin əsgəri Asaturyan Anbarsum Azərbaycan tərəfinə əsir düşüb.

Əzimov hesab edir ki, azərbaycanlı əsirlər hər bir vasitə ilə qaytarılmalıdır. Azərbaycanlı diplomat bəyan edib ki, mübadilə əsirlərin qaytarılmasının normal vasitəsidir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1998-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i , yəni Dağlıq Qarabaq ərazisi və bu ərazinin 7 rayonu Ermənistan Silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə nail olmuş və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi və Rusiya, Fransa, ABŞ-ın həmsdrliyi ilə hələ ki nəticəsiz sülh danışıqları aparılır

Xəbər lenti

Xəbər lenti