...

Polis idarəsinə aparılan QAT fəallarından 3-ü buraxılıb, qalanları saxlanılır

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 Sentyabr 2007 13:59 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Ermənilərin Bakıya gəlişinə etiraz olaraq aksiya keçirməyə hazırlaşan Qarabağ Azadlıq Təşkilatının (QAT) fəalları hələ də Nərimanov polis idarəsində saxlanılırlar. Bu barədə Trend ə QAT-dan məlumat verilib.

Bu gün - sentyabrın 6-da Bakıda MDB ölkələri daxili işlər nazirlərinin toplantısı keçirilir, tədbirdə Ermənistanın naziri də iştirak edir. QAT erməni nazirin Bakıya gəlişinə etiraz edir.

Bununla əlaqədar , təşkilat üzvləri toplantının keçirildiyi "Hyat Recensy" otelinin yaxınlığında etiraz aksiyası keçirməyi planlaşdırırdı. Lakin Nərimanov rayon polis idarəsinin əməkdaşları QAT-ın ofisinə gələrək , təşkilat üzvləri aparıblar.

Təxminən 10-a yaxın mülki qeyimli polis əməkdaşı QAT-ın sədri Akif Nağını və 10-a yaxın üzvünü avtobusa mindirərək idarəyə aparıblar. Polislər hətta jurnalistlərin də orada çəkiliş aparmasına mane olub, əllərindən mikrofon və mobil telefonlarını alıblar, özlərini avtobusa minməyə məcbur ediblər.

Bir neçə dəqiqədən sonra jurnalistləri sərbəst buraxıblar, lakin QAT fəallarını polis idarəsinə aparıblar.

Polis idarəsində QAT fəalı Gültəkin Quliyevanın halı pisləşib, ona təcili yardım çağırılıb. Quliyevaya ilkin tibbi yardım göstərilib, sonra o və daha iki nəfər QAT üzvü idarədən buraxılıb. Qalan 7-8 nəfər QAT fəalı hələ də orada saxlanılır.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Xəbər lenti

Xəbər lenti