...

Əmək Məcəlləsinə əlavə və dəyişikliklər ediləcək

Siyasət Materials 12 Sentyabr 2007 17:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Milli Məclisin Sosial-siyasət komissiyası parlamentin payız sessiyasında müzakirə olunmaq üçün iki qanun layihəsi hazırlayıb. Bu barədə çərşənbə günü Bakıda parlamentin Sosial-siyasət daimi komissiyasının sədri, millət vəkili Hadı Rəcəbli məlumat verib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi komissiya tərəfindən Ailə Məcəlləsinə və Əmək Məcəlləsinə əlavə və dəyişikliklər edilməsini nəzərdə tutan layihə hazırlanıb. Bundan başqa, komissiya tərəfindən "Sosial sığorta haqqında" və "QHT-lər haqqında" qanunlara əlavə və dəyişikliklərin ediləcəyi də gözlənilir.

Həmçinin, "İlkin səhiyyə xidməti haqqında", "Sosial sifariş haqqında", "Mərasimlər haqqında", "İşəgötürənlər birliyi haqqında", "Çoxuşaqlı ailələrin sosial-müdafiəsi haqqında", "Sosial ipoteka haqqında" və "Sosial xidmət haqqında" qanun layihələri üzərində iş aparılır və bu layihələrin parlamentin payız sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir.

Sosial-siyasət komissiyasının çərşənbə günü keçirilən iclasında komissiyanın payız sessiyası ilə bağlı iş planı da təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti