...

Nazir müavini: "Avropa İttifaqının Azərbaycanda insan hüquqlarının durumuna dair təhlilləri mövcud vəziyyətə uyğun deyil"

Siyasət Materials 12 Sentyabr 2007 18:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan Parlamenti ilə Avropa İttifaqı arasında müzakirələrin nəticəsi olaraq sənəd qəbul olunması nəzərdə tutulur. Trend in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev açıqlama verib.

Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin Bakıda 8-ci iclası keçirilir. Görüşdə iştirak etmiş Mahmud Məmmədquliyev bildirib ki, bu toplantı əlaqələrin genişlənməsinə təkan verəcək.

Nazir müavini Avropa İttifaqı nümayəndə heyətinin Azərbaycanda inçan haqlarının, söz və mətbuat azadlığının durumuna dair tənqidi fikirlərinə münasibət bildirib: "Azərbaycan heç vaxt hesab etməyib ki, bu sahədə ideal vəziyyət var. Amma insan hüquqlarının durumuna dair təhlillər mövcud vəziyyətə uyğun deyil. Onlar Azərbaycanı inkişaf etmiş ölkələrlə müqayisə edirlər, bu isə düzgün deyil. Azərbaycandakı 15 il əvvəlki vəziyyətlə indiki vəziyyəti müqayisə etmək lazımdır" - deyə nazir müavini bildirib.

Məmmədquliyev deyib ki, həbsdə olan jurnistlərin azadlığa buraxılması məsələsi də görüşdə müzakirə olunub. Onun sözlərinə görə, jurnalistlərin həbsi siyasi deyil, hüquqi məsələdir: "Ona görə də bu məsələ hüquqi çərçivədə həll olunmalıdır".

Xəbər lenti

Xəbər lenti