...

Bu gün Rusiya telekanalların yayımı məsələsi ilə bağlı öz təklifini təqdim edəcək (Video)

Siyasət Materials 13 Sentyabr 2007 18:21 (UTC +04:00)
Bu gün Rusiya telekanalların yayımı məsələsi ilə bağlı öz təklifini təqdim edəcək (Video)

Azərbaycan, Bakı / Trend , müxbir S.Ağayeva/ Bu gün Rusiyanın Bakıdakı səfirliyinə Moskvadan, iki ölkə telekanallarının qarşılıqlı yayımı ilə əlaqədar, Azərbaycanla texniki müqavilənin imzalanması üzrə Rusiya tərəfinin təklifi daxil olacaq. Bu barədə cümə axşamı jurnalistlərə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov məlumat verib.

Bu məsələ Rusiyanın ORT kanalının Azərbaycan ərazisində iyulun 11-də saat 00.00-da yayımının dayandırılması barədə Azərbaycan Milli Televiziya və Radio Şurasının qərarından sonra ortaya çıxıb.

Azərbaycan Milli Televiziya və Radio Şurası kanalların qarşılıqlı yayımı barədə çıxış edib. Söhbət Rusiya RTR-Planeta və Azərbaycanın AzTV-si barədə gedir. Azərbaycan kanalının Rusiyanın hansı bölgələrində yayımlanacağını texniki mütəxəsislər həll edəcəklər. Eksperlərin rəyinə görə, AzTV-nin yayımlanması azərbaycanlıların kompakt yaşadığı Moskva, Moskvaətrafı bölgələr və Rusiyanın cənubunda yayımlanması mümkündür.

Rusiya tərəfindən təklif olunan sənəd Azərbaycan tərəfinin hazırladığı layihə əsasında hazırlanıb. "Bu gün Moskvadan texniki müqavilə üzrə təkliflər mətni daxil olmalıdır" - deyə o bildirib.

Diplomat ,həmçinin qeyd edib ki, iki müqavilənin imzalanacağı güman olunur. Onlardan biri artıq tərəflər tərəfindən imzalanma mərhələsində olan siyasi çərçivə, digəri isə, texniki xarakter daşıyır.

"Rusiyadan müvafiq mətnin daxil olmasından sonra biz onu Azərbaycan tərəfinə təqdim edəcəyik və gələcək fəaliyyətimizi davam etdirəcəyik"- deyə, səfir əlavə edib.

Xəbər lenti

Xəbər lenti