...

Vəhdət Partiyasının sədri: "Azərbaycan müxalifəti koma vəziyyətindədir"

Siyasət Materials 20 Sentyabr 2007 16:59 (UTC +04:00)
Vəhdət Partiyasının sədri: "Azərbaycan müxalifəti koma vəziyyətindədir"

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycan müxalifəti koma vəziyyətindədir, cümə axşamı Trend ə açıqlamasında Vəhdət Partiysdının sədri Tahir Kərimli bildirib.

"Müxalifət partiyalarının kütləvi tədbir keçirə bilməmələri sosial bazalarının zəifləməsi ilə bağlıdır" Kərimli deyib.

Azərbaycanda qabaqcıl müxalifət partiyaları sonuncu kütləvi tədbirləri 2003-cü il prezident seçkiləri ərəfəsində keçirə bilib. Son illər müxalifət partiyaları bir neçə dəfə yürüş-mitinq keçirsə də, aksiyaçıların kütləviliyinə əldə edə bilməyiblər. Müxalifət liderləri bildirirlər ki, əhalinin seçkilərə inamı qalmadığı üçün siyasi passivlik edirlər.

Kərimli bildirib ki, müxalifətin siyasi səhnədə görünməməsi onların zəifliyinin əlamətidir.

Vəhdət Partiyası 2006-cü ilə qədər müxalifət mövqeyində olub. Azərbaycan Ali Məhkəmənin keçmiş sədri, sabiq millət vəkili Tahir Kərimlinin sədrlik etdiyi partiya hazırda iqtidarın siyasi kursunu dəstəkləyir.

Xəbər lenti

Xəbər lenti