...

Monitorinq: Azərbaycanda uşaqların radikal vəhabiliyi təbliğ edən qüvvələrə qoşulma hallarının sayı artır

Siyasət Materials 24 Sentyabr 2007 12:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda radikal vəhabiliyi təbliğ edən qüvvələrin səyi nəticəsində uşaqlar arasında bu dinin radikal qanadına qoşulanların sayı durmadan artır, "Gənc Liderlər" Uşaq Təşkilatının (GLUT) bazar ertəsi yaydığı bəyanatında bildirilib.

GLUT quruma daxil olan müraciətlər əsasında radikal dini missionerlərin uşaqlara təsiri ilə bağlı apardığı monitorinqini başa çatdırıb.

Təşkilatın sədri Fərid Şahbazlı deyib ki, ölkədəki radikal dini missionerlərin fəaliyyəti nəticəsində uşaqlara qeyri-ənənəvi dinlərin təsiri güclənib. Onun sözlərinə görə, məktəb yaşlı uşaqları müxtəlif şirnikləndirici vədlərlə sıralarına qoşmağı bacaran dini missionerlər onlardan radikal vəhabiliyin ideyalarını yaşıdları arasında yaymaq məqsədi ilə istifadə edirlər.

GLUT-un apardığı araşdırmalar zamanı bəlli olub ki, qeyri-ənənəvi dinləri təbliğ edən məscid və mədrəsələrə daha çox Nəsimi, Yasamal rayonlarının ərazilərində təsadüf olunur. Uşaqlara bu dini qəbul etmək müqabilində maddi vəsaitdən tutmuş oyun kompüterlərinə qədər müxtəlif əşyalar hədiyyə edilir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Azərbaycanda qeyri-ənənəvi dini missionerlərin fəaliyyəti nəzarət altındadır. Təşkilatın müraciəti quruma daxil olduqdan sonra komitə araşdırmalara başlayacaq.

"Komitə nəzarətedici qurumdur. Əgər həmin rayonların ərazilərində qanunsuz radikal dini qüvvələrin fəaliyyəti varsa, hüquq-mühafizə orqanları da bu məsələni araşdırmalıdır" komitədən bildiriblər.

Xəbər lenti

Xəbər lenti