...

Azərbaycanlı deputatlar Türkiyənin təcrübəsini öyrənəcəklər

Siyasət Materials 28 Sentyabr 2007 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun təsdiqlənmiş fəaliyyət planı çərçivəsində azərbaycanlı millət vəkilləri Türkiyənin parlament və qanunvericilik təcrübəsini öyrənəcəklər. Bu barədə cümə günü Bakıda Türkiyə-Azərbaycan parlament dostluq qrupunun sədri, Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan üzvü Haluk İpək bildirib.

"Türkiyənin demokratiya sahəsində əldə etdiyi təcrübəni azərbaycanlı millət vəkillərinin də öyrənməsini istəyirik. Eyni zamanda, türkiyəli deputatların Azərbaycana səfərləri təşkil olunacaq" - deyə İpək əlavə edib.

O qeyd edib ki, ölkəsində keçirilən sonuncu parlament seçkilərindən sonra Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupu yenidən formalaşdırılıb. Yaxın vaxtlarda türkiyəli millət vəkilləri Azərbaycana gələcəklər. Hələlik səfərin vaxtı dəqiqləşməyib.

Xəbər lenti

Xəbər lenti