...

İki müxalifət bloku Seçki Məcəlləsinə dair birgə təkliflər hazırlayacaq

Siyasət Materials 5 Oktyabr 2007 18:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend ? müxbir S.İlhamqızı/ "Bizim Azərbaycan" bloku və Demokratiya Uğrunda İttifaq Seçki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi üçün birgə təkliflər hazırlayacaqlar. Bu barədə cümə günü Trend ə "Bizim Azərbaycan" blokunun sədri Vüqar Bəyturan məlumat verib.

Blok və İttifaq arasında əldə olunmuş razılaşmaya görə, Seçki Məcəlləsinə dəyişikliklər barədə təklifləri hazırlamaq üçün birgə komissiya yaradılacaq. Təkliflər sənədi hazırlandıqdan sonra Seçki Forumu keçiriləcək. Foruma bütün müxalifət partiyaları dəvət olunacaq.

"Bizim Azərbaycan" blokunda 8, Demokratiya Uğrunda İttifaqda 3 müxalifətçi partiya təmsil olunur.

Xəbər lenti

Xəbər lenti