...

Azərbaycanda hərbi çağırışla bağlı qanuna dəyişiklik ediləcək

Siyasət Materials 17 Oktyabr 2007 14:44 (UTC +04:00)
Azərbaycanda hərbi çağırışla bağlı qanuna dəyişiklik ediləcək

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) "Hərbi çağırışın əsasları haqqında" qanuna əlavə və dəyişiklik edilməsini nəzərdə tutan layihə hazırlayır və layihəni Milli Məclisin payız sessiyası başa çatana qədər parlamentə təqdim edəcək. Bu barədə çərşənbə günü Bakıda jurnalistlərə açıqlamasında YAP icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Siyavuş Novruzov məlumat verib.

"Hərbi çağırışın əsasları haqqında" qanunda dəyişiklik edilməsi ilə bağlı seçicilərdən çoxsaylı məktublar alırıq və həmin məktublar əsasında qanunda dəyişiklik edilməsini nəzərdə tutan layihə hazırlayırıq",-deyə Novruzov əlavə edib.

Azərbaycan parlamenti 2007-ci ilin əvvəllərində "Hərbi çağırışın əsasları haqqında" qanuna dəyişiklik edib və himayəsində ikinci qrup əlil olan çağrışçıların, ali məktəbin bakalavır pilləsini bitirən və magistraturaya daxil olmaq istəyən çağırışçıların və çağırışı yaşlı asprantların hərbi xidmətə getməklə bağlı möhləti ləğv olunub. Əvvəllər üç övlad atası olan çağırışçıları hərbi xidmətə aparmırdılarsa, dəyişiklikdən sonra bus ay ikiyə endirilib.

O vurğulayıb ki, Azərbaycan ordusu 2007-ci ildən tam olaraq NATO standartlarına keçib. Ona görə də hərbi çağırışın əsasları da NATO standartlarına uyğunlaşdırılmalıdır.

Millət vəkili vurğulayıb ki, hazırladıqları layihədə himayəsində iki uşaq, himayəsində birinci və ikinci qrup əlil olan çağrışçıların, çağırışı yaşlı asprantlar və dövlət xətti ilə xaricdə təhsil alan çağırışçıların hərbi xidmətə aparılmaması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti