...

NATO Azərbaycanın Müdafiə Nazirliyi ilə yeni əməkdaşlığa başlayır (video)

Siyasət Materials 19 Oktyabr 2007 22:16 (UTC +04:00)
NATO Azərbaycanın Müdafiə Nazirliyi ilə yeni əməkdaşlığa başlayır (video)

Azərbaycan, Bakı / Trend müxbir K.Ramazanova/ "NATO Azərbaycanın Müdafiə Nazirliyi ilə yeni əməkdaşlığa başlayır". Bu sözləri cümə günü alyansın Cənubi Qafqazdakı yeni əlaqələndirici zabiti Zbiqnev Rıbatski jurnalistlərə açıqlamasında deyib.

"Mən regionda öz işimə başlayıram. Bu səfərimlə Azərbaycanın Müdafiə Nazirliyi ilə əməkdaşlığa başlayacam" - deyə NATO nümayəndəsi vurğulayıb.

Rıbatskinin sözlərinə görə, Azərbaycanın NATO himayəsi altındakı əməliyyatlar üçün hazırladığı əsgərlərin və sülhməramlı bölmələrinin hazırlanması məsələsi Azərbaycanın müdafiə və daxili işlər nazirliklərində keçirilən görüşlərdə müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti