...

Yol polisinin əmrinə tabe olmayan sürücü barəsində cinayət işi açılıb

Siyasət Materials 30 Oktyabr 2007 15:25 (UTC +04:00)

Azərbaycan, Salyan / Trend , müxbir E.Məmmədov/ Yol polisinin əmrinə tabe olmayan sürücü barəsində cinayət işi açılıb. Trend in bölgə müxbirinin məlumatına görə, bazar ertəsi axşam saatlarında Ələt-Astara yolunun 25-ci kilometrliyində, Salyan rayonu ərazisində yol polisi KaMAZ markalı 10 ZL 823 dövlət nömrə nişanlı yük maşınına saxla əmri versə də, sürücü ənrə tabe olmayıb və yol polisinin avtomobilini əzərək, qaçmağa cəhd edib. Yol polisi sürücünü təqib edib və onu saxlamağa müvəffəq olub. Araşdırma zamanı bəlli olub ki, sürücü Lerik rayon sakini Cəbrayıl Cabbarovdur. Avtomobilə baxış zamanı yük yerində 10 kubmetrə yaxın meşə fıstıqı ağacının daşındığı müəyyənləşdirilib.

Faktla bağlı Salyan rayon Prokurorluğunda cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti