...

Azərbaycan Prezidenti AYİB nümayəndə heyəti ilə qarşılıqlı əməkdaşlığı müzakirə edib

Siyasət Materials 31 Oktyabr 2007 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı arasında aparılmış çoxsaylı müzakirələrin nəticəsi olaraq, Azərbaycanda praktik layihələr həyata keçirilib. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Prezident sarayında Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Varel Frima ilə görüşündə bildirib.

Prezident Əliyev Frimanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı AYİB-lə tərəfdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edib. Prezident Əliyev Azərbaycanla AYİB arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə ümidvar olduğunu bildirib. Friman AYİB-lə Azərbaycan arasında əməkdaşlığın uğurla həyata keçirildiyini deyib. O, əlavə edib ki, Bankın məqsədi Azərbaycanla tərəfdaşlığı davam etdirmək və ölkədə gedən çox mühüm dəyişikliklərə, inkişaf proseslərinə dəstək verməkdir.

Xəbər lenti

Xəbər lenti