...

Korrupsiyada ittiham olunan müstəntiq həbs edilib

Siyasət Materials 2 Noyabr 2007 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Rüşvət alma və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunan Bakı şəhər prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi həbs edilib.

Mahir Nağıyev barəsində oktyabrın 30-da Nəsimi rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Nağıyev baş prokurorun 2 iyul tarixli əmri ilə, xüsusi rütbədən məhrum edilməklə, prokurorluq orqanlarından xaric edilib.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Nağıyev barəsində aparılan cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, o, Bakı şəhər prokurorluğunun İstintaq idarəsində mühüm işlər üzrə müstəntiq vəzifəsində işləyərkən, Baba Mahmudzadə və Ehtiram Əhmədovun həbs olunmaması üçün onlardan rüşvət alıb.

Nağıyev həmin cinayət işi üzrə axtarışda olmuş Nataliya Sinisınanın həyat yoldaşı Anatoli Sinisının adına olan, Bakı şəhərinin Yasamal rayonunda, "Qanlı göl" ərazisinin şərq hissəsindəki 0,12 hektar bağ sahəsini rüşvət şəklində ələ keçirib.

Keçmiş müstəntiq barəsində Korrupsiyaya Qarşı Mübarizə idarəsində Cinayət Məcəlləsinin təkrar rüşvət alma (311.3.2) və vəzifə səlahiyyətlərini aşma maddələri (309.1) ilə cinayət işi başlanılıb.

Xəbər lenti

Xəbər lenti