...

Gürcüstan prezidenti aksiya iştirakçılarını Rusiyadan idarə olunan adlandırdı

Siyasət Materials 4 Noyabr 2007 23:46 (UTC +04:00)
Gürcüstan   prezidenti   aksiya   iştirakçılarını   Rusiyadan   idarə   olunan   adlandırdı

Gürcüstan, Tiflis / Trend müxbir N. Kirsxalia/ Gürcüstan prezidenti Mixail Saakaşvili müxalifətlə dialoqa getməyəcək. Saakaşvili bu gün axşam Gürcüstanın İctimai telekanalına verdiyi müsahibədə bəyan edib ki , müəyyən siyasi qüvvələrin aksiyaları arxasında Rusiya və onun maraqları dayanır .

" Bizim əlehimizə nəhəng yalan gücləri yönəlib , 90-cı illərdə Rusiyada istifadə olunan yalan maşını , və bu güclər Gürcüstanı ümumi xaosa sürükləmək istəyirlər " - dyə , o bildirib .

Prezident qeyd edib ki , seçkilərin 2008 payızına keçirilməsi xarici təhlükədən irəli gəlib . O vurğulayıb ki , bu rərar Rusiyadan gözlənilən təhlükəni nəzərə alaraq qəbul edilib . Seçkilərdə qalib gəlmək üçün iki dəfə Çeçenistanda müharibəyə başlayan Rusiya , Saakaşvilinin fikrincə , Gürcüstana qarşı kiçik müharibə elan edə bilərdi . " Həm də , Kosovonun müstəqilliyi məsələsinin həllindən sonra Rusiya Abxaziya və Cənubi Osetiyanı tanıya bilər , bu isə Gürcüstanda güclü hakimiyyətin olmasını tələb edir " - deyə , o bildirdi .

Tiflisdə keçirilən mitinqlərə toxunan prezident, qeyd etdi ki , " konkret tələbləri olan digər insanlar var - bu başqa mövzudur və istənilən hökümət üçün çox vacibdir "

Gürcüstan prezidenti hamını etiraz aksiyasına sakit yanaşmağa çağırdı : " İnsanlar aksiyalar görəndə həyacanlanırlar , çünki bizim mülki çevrilişlər , xaos tariximiz var. 90-cı illərin küçə çıxışlarının nə ilə nəticələndiyi insanların yadındadır . Hamını sakitləşdirmək istəyirəm . Ötən illər təkrar olunmayacaq . Gürcüstan 90-cı illərdə olduğu kimi deyil . Gürcüstan beynəlxalq mövqeyə malik, formalaşmış dövlət apparatına malik, məqsədi bilinən və işini bilən bir ölkədir ".

Xəbər lenti

Xəbər lenti