...

Səfir: "Litva baş nazirinin Azərbaycana səfəri hazırlanır"

Siyasət Materials 7 Noyabr 2007 15:10 (UTC +04:00)
Səfir: "Litva baş nazirinin Azərbaycana səfəri hazırlanır"

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva /Litvanın baş naziri Qediminas Kirkilas 2008-ci ilin fevral ayında Azərbaycana rəsmi səfər edəcək. Bu barədə çərşənbə günü Trend ə Litvanın Azərbaycankı səfiri Kudzmanas Kyastutis məlumat verib.

Səfər zamanı iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq, beynəlxalq və regional iqtisadi və nəqliyyat layihələri, enerji əməkdaşlığı kimi ən mühüm məsələlərin müzakirəsi planlaşdırılır.

Hər iki ölkənin hökumətində ikitərəfli əməkdaşlığın inkişafı üzrə saziş layihələri hazırlanır. Sənədlərin Litva hökumət başçısının nəzərdə tutulan səfəri zamanı imzalanması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti