...

"Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının İrana qarşı 3-cü qətnaməsini yalnız ləngidə bilər" - iranlı politoloq

Siyasət Materials 16 Noyabr 2007 15:01 (UTC +04:00)
"Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının İrana qarşı 3-cü qətnaməsini yalnız ləngidə bilər" - iranlı politoloq

Azərbaycan, Bakı / "Trend müxbir D.Xatınoğlu/ Rusiya və Çinin Avropa və ABŞ-a ramən, İrana qarşı BMT Təhlükəsizlik Şurasının 3-cü qətnaməsinin tətbiq olunmasının əleyhinə çıxmaları sanksiyaların yumşaldılması ilə nəticələnəcəkdir. "Rusiya və Çin BMT Təhlükəsizlik Şurasının İrana qarşı 3-cü qətnaməsini yalnız ləngidib, yumşalda bilər" - iranlı politoloq Kazım Nikxah bildirib.

MAQATE-nin sədri Məhəmməd Əlbəradeyi noyabrın 15-də İranın P1 və P2 sentrifuqaları barədə məruzəsini BMT Təhlükəsizlik Şurasına təqdim edib. Məruzədə MAQATE-nin şübhələrinə aydınlıq gətirməsi, ikitərəfli müzakirələrin müsbət olduğu və bir çox məsələlərin şəffaflaşması barədə məlumatlar olsa da, İranın hələ də nüvə planında bir çox şübhələrin qalması və beynəlxalq ictimaiyyətin tələbinə baxmayaraq, uranın zənginləşdirilməsini davam etdirməsi barədə də mənfi informasiyalar qeyd olunub.

Nikxah cümə günü Londondan telefonla Trend ə bildirib ki, İranın gizli nüvə planına şəffaflıq gətirilməsi üçün uzun zaman tələb olunur. "MAQATE-nin yeni məruzəsi İranın nüvə planının hansı istiqamətdə inkişaf etməsi barədə qəti fikir bildirməyə imkan vermir. Bu isə ABŞ və Avropaya İrana qarşı yeni sanksiyalar tətbiq etmək üçün əlavə bəhanələr yaradır. Rəsmi Tehran bu şəraitdə Avropa və Amerikanın həmişəkindən daha artıq müttəfiq olduğunu nəzərə alaraq, MAQATE ilə zahirdə əməkdaşlığını artırır. Lakin bu, 3-cü qətnamənin qarşısını ala bilməz" - deyə Nikxah bildirib.

İranlı politoloqun fikrincə, Rusiya və Çin İranın müttəfiqləri kimi, bu sanksiyaları yumşalda bilər, ancaq onun tətbiq olunmasına mane ola bilməz. "İran ABŞ-ın ölkəyə hücumunu qeyri-mümkün hesab edir. Rəsmi Tehranın müharibəyə yox, müharibə şəraitinə ehtiyacı var. Buna görə də yaranmış böhranı aradan qadırmağa cəhd göstərmir. Müharibə şəraitində daxili müxalif qüvvələri aradan qaldırmağa bəhanə tapacaq, həmçinin xarici düşmənlərdən artıq imtiyaz qazanmağa əlverişli şərait yaradacaqdır. Buna görə də heç vaxt nüvə məsələsində olan böhranı aradan qaldırmayacaqlar. Lakin İran çalışır ki, BMT Təhlükəsizlik Şurasının ölkəyə qarşı 3-cü qətnaməsinin qəbulunu ləngidib, eyni zamanda bu qətnaməni yumşaltsın" - deyə Nikxah bildirib.

Digər İran politoloqu İsa Səhərxiz isə Tehrandan telefonla Trend ə bildirib ki, İran rəsmilərinin daxili müxalif qüvvələri aradan qaldırmaq üçün xarici düşmənə və böhrana ehtiyacı var. "Əslində, İran üçün nüvə texnikasına yiyələnmək birinci dərəcəli məsələ deyil, İran bu böhrandan həm ölkə xaricində, həm də daxilində olan müxalif qüvvələrin aradan qaldırılması üçün istifadə etmək niyyətindədir".

Hər iki politoloqun fikrincə, yeganə çıxış yolu İran millətinin bu münaqişəyə müdaxilə etməsidir. Onlar belə hesab edirlər ki, həm ABŞ, həm də İran rəsmiləri bu böhrandan millətin zərərinə olaraq faydalanırlar. "ABŞ özü üçün "intizamlı Orta Şərq" yaratmaq niyyətindədir, İran isə regionda hərbi fiqura çevrilmək isyəyir" - deyə politoloqlar bildiriblər.

Xəbər lenti

Xəbər lenti