...

Hərbi məsələlər bu gün GUAM çərçivəsində əməkdaşlığın prioritetlərindən deyil - baş katib

Siyasət Materials 16 Noyabr 2007 15:29 (UTC +04:00)
Hərbi məsələlər bu gün GUAM çərçivəsində əməkdaşlığın prioritetlərindən deyil - baş katib

Ukrayna, Kiyev / Trend müxbir Z.Novosvitski/ GUAM-ın baş katibi Valeri Çeçelaşvili Kiyevdə jurnalistlərə verdiyi müsahibəsində bildirib ki, hərbi məsələlər bu gün GUAM çərçivəsində əməkdaşlığın prioritetlərindən deyil.

GUAM-ın iştirakçı dövlətlərinin birgə sülhməramlı kontingentinin yaradılması prosesində irəliləyişlərə dair sualı cavablandıran Çeçelaşvili bildirib: "Bu barədə çox danışılır. Mən razıyam. Lakin jurnalistlər bu barədə GUAM formatında danışıqların iştirakçılarından çox danışırlar". Baş katib qeyd edib ki, GUAM regional əməkdaşlığın genişmiqyaslı təşkilatıdır və bütün sahələrdə, o cümlədən hərbi sahədə əməkdaşlıq imkanlarını nəzərdə tutur.

"Bu məsələ GUAM çərçivəsində qaldırılmağa layiqdir, baxmayaraq ki, biz diqqətimizi digər prioritetlərə yönəltmişik, hər şeydən əvvəl bu, cəlbedici, sivil əməkdaşlıq məkanının yaradılmasından ibarətdir" - deyə Çeçelaşvili qeyd edib.

Təşkilatın GUAM ölkələri çərçivəsində mövcud olan münaqişələrin həllinə kömək etməsi məsələsinə gəlincə isə baş katib qeyd edib ki, GUAM-ın bu məsələdə köməyi dünya ictimaiyyətinin dəstəyini əldə etməsi və belə münaqişələrin sülh yolu ilə həllini tapmaqdan ibarətdir.

Xəbər lenti

Xəbər lenti