Azərbaycan, Gəncə / Trend müxbirV. Məmmədov/ Regionlara səfərimizin əsas məqsədi Azərbaycanla Belarus respublikaları arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığı gücləndirməkdir.-- bu fikri Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviç cümə günü Samux rayonuna səfəri zamanı bildirib. Onun sözlərinə görə, səfər çərçivəsində iki ölkə arasında əmədaşlığın inkişafının ortaq məqamları tapılacaq.
"Biz görürük ki, Azərbaycan nə qədər dinamik inkişaf edir. Onun iqtisadiyyatı durmadan irəliləyir. Belarus da dinamik inkişaf edən iqtisadiyyata malik ölkədir. Buna baxmayaraq, Azərbaycanda yetişdirilən ərzaq məhsulları orada yoxdur. Məsələn,xurma, nar və s. Mən hələ rayonlarla tam tanış ola bilməsəm də, görürəm ki, buradakı kənd tətəssrufatı məhsullarını mübadilə etmək olar"
Səfir əlavə edib ki, Azərbaycanda kənd təsərrüfatı məhsulları bol olsa da, onların becərilməsi üçün texnika çatışmamazlığı var. Belarus da məhz bu sahədə Azərbaycanla əməkdaşlıq edir və bunu davam etdirəcək.
"Gəncə Avtomobil Zavodu ilə əməkdaşlıq edirik. Bu il
400-500-ə yaxın traktor istehsal olunub. Gələn il isə, minə qədər traktor yığılacaq."-- Paskeviç bildirib.