...

Türkiyə Türkdilli Dövlətlərin Qurultayının Parlament Assambleyasının yaradılması ideyasını dəstəkləyir (video)

Siyasət Materials 17 Noyabr 2007 13:58 (UTC +04:00)
Türkiyə Türkdilli Dövlətlərin Qurultayının Parlament Assambleyasının yaradılması ideyasını dəstəkləyir (video)

Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova , E.Hüseynli / Türkiyə Türkdilli Dövlətlərin Qurultayının Parlament Assambleyasının yaradılması ideyasını dəstəkləyir. Bu barədə Türkiyə-Azərbaycan Parlamentlərarası Do stluq Qrupunun həmsədri Xaluq İpek şənbə günü Bakıda Trend ə verdiyi müsahibəsində bildirib.

"Bütün türkdilli dövlətlər bu ideyanın reallaşması istiqamətində çalışmalıdırlar" - deyə İpek qeyd edib. "Məsələ qurultayın iclasarında və sessiyalarında müzakirə olunacaq. İnanıram ki, bütün iştirakçı dövlətlərin razılığını əldə edə biləcəyik".

Türkdilli dövlətlərin şənbə günü Bakıda başlanan 11-ci dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı çərçivəsində, Dünya Azərbaycanlıları Konqresi türkdilli dövlətlərin Parlament Assableyasının yaradılması məsələsini müzakirəyə çıxıracaq. Bu barədə Dünya Azərbaycanlıları Konqresinin sədr müvavini, Azərbaycanın Milli Məclisinin deputatı Sabir Rüstəmxanlı, əvvələr Trend ə verdiyi məlumatda bildirib.

"Bu məsələ 1992-ci ildə Kiprdə müzakirə olunub. Lakin həmin dövrdə türk dövlətlərinin birliyi mövcud deyildi və məsələ öz həllini tapa bilmədi. Lakin indi vəziyyət dəyişib, buna görə də bu məsələni qurultayın iştirakçıları ilə müzakirə etmək niyyətindəyik" - deyə Rüstəmxanlı bildirib.

Xəbər lenti

Xəbər lenti