...

Azərbaycanda Milli Etimad Hökumətinin yaradılması real görünmür – müxalifət partiyasının üzvü

Siyasət Materials 22 Noyabr 2007 14:25 (UTC +04:00)
Azərbaycanda Milli Etimad Hökumətinin yaradılması real görünmür – müxalifət partiyasının üzvü

Azərbaycan, Bakı / Trend , müxbar E.Hüseynli/ Azərbaycanda siyasi qüvvələrin bir araya gəlməsi mümkün deyil. "Ölkədə koalision və Milli Etimad Hökumətinin yaradılması real görünmür" cümə axşamı Trend ə Azərbaycanın müxalif Müsavat Partiyasının üzvü, deputat Nəsib Nəsibli bildirib.

"Azərbaycan Naminə" İctimai Forumun prezidenti Eldar Namazovun rəhbərliyi ilə dünən bitərəflərin "Milli Həmrəylik və Demokratik Dirçəliş Uğrunda" Vətəndaş Xartiyasının yaradılması barədə sənəd qəbul edilib. Sənəddə qeyd olunub ki, Xartiya iştirakçılarının məqsədlərindən biri Azərbaycanda peşəkar Milli Etimad Hökumətinin yaradılmasıdır.

Nəsibli bildirib ki, Azərbaycanın ictimai-siyasi həyatında baş verən proseslər fonunda istər bitərəflər, istərsə də siyasi qüvvələr arasında Milli Etimad Hökumətinin yaradılması mümkün deyil. Deputat Milli Etimad Hökumətinin yaradılmasının mümkünsüzlüyünün səbəbləri barədə əlavə şərh vermək niyyətində olmadığını deyib.

Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya beş nəfər deputatla parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti