...

Azərbaycanda qanunsuz dövriyyədə həşiş üstünlük təşkil edir

Siyasət Materials 23 Noyabr 2007 12:09 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/ Azərbaycanda qanunsuz dövriyyədə həşiş üstünlük təşkil edir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından cümə günü Trend ə bildirilib ki, cari ilin 10 ayında qanunsuz dövriyyədən çıxarılan 965 kiloqrama yaxın narkotiklərin 678 kiloqramı həşiş olub. Həmin narkotiklərin 121 kiloqramı marixuana, 107 kiloqramdan çoxu tiryək, 58 kiloqramdan artıq heroin, 1 kiloqramdan çox kokain və digər vasitələr olub.Bu müddətdə yabanı bitmiş və qanunsuz əkilib becərilmiş 359 tondan artıq narkoxassəli bitki aşkar olunaraq məhv edilib.

Cari ilin 10 ayında respublikada narkotiklərlə bağlı 2034 cinayət qeydə alınıb.. Cinayətlərin 737-si narkotiklərin satışı ilə bağlıdır. Bu növ cinayətləri törətdiyi üçün 1281 nəfər cinayət məsuliyyətinə cəlb olunub.

Xəbər lenti

Xəbər lenti