...

ABŞ Kürd Fəhlə Partiyasına qarşı hərbi güc tətbiq edə bilər – amerikalı professor

Siyasət Materials 6 Dekabr 2007 11:31 (UTC +04:00)
ABŞ Kürd Fəhlə Partiyasına qarşı hərbi güc tətbiq edə bilər – amerikalı professor

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Əgər iraq kürdləri ABŞ Dövlət Departamentinin terrorçu təşkilat adlandırdığı Kürd Fəhlə Partiyasına (KFP) qarşı mübarizə aparmaqda ABŞ-a kömək etmək istəməsələr, ABŞ buna KFP-in dayaq nöqtələrini bombardman etməklə nail olacaq. Amerikalı professor, Vaşinqtondakı Sülh İnstitutunun yüksək vəzifəli nümayəndəsi Amatsiya Baram belə hesab edir. Türkiyə separatçı KFP-nin döyüşçülərini ləğv etmək üçün Şimali İraqa mümkün hərbi müdaxilə barədə bir neçə dəfə bəyanat verib. Oktyabrın ortalarında ölkə parlamenti Şimali İraqa müdaxiləyə icazə verib. Türkiyə hökuməti problem İraq hökuməti tərəfindən həll edildiyi halda Kürdüstanda hərbi əməliyyat keçirməkdən imtina edəcəyi barədə bəyanat verib. Lakin Bağdadda bazaları əsasən dağlarda yerləşən KFP döyüşçüləri ilə bacara bilməyəcəklərini etiraf ediblər. Türkiyə əsgərlərinə edilən hücumlardan sonra ölkə parlamenti İraqın şimalında xüsusi hərbi əməliyyat keçirmək barəsində qərar qəbul edib. Sərhədə türk ordusunun böyük hərbi qüvvələri gətirilsə də, əməliyyat hələ də başlamayıb. Birləşmiş Ştatların Dövlət Katibi Kondoliza Rays ABŞ-ın terrora qarşı mübarizədə Türkiyəni dəstəkləməyə hazır olduğunu bildirib. Çərşənbə günü Baram Vaşinqtondan telefonla Trend ə İraq-Türkiyə sərhəddində KFP-nin bazalarının ləğv edilməsi üçün ABŞ-ın İraqın Kürd muxtar əyaləti ilə əməkdaşlığa dair öhdəliyinin olduğunu bildirib. "Əgər İraq KFP-yə qarşı mübarizə aparmaqdan imtina etsə, ABŞ əməliyyat keçirmək üçün türk ordusunun İraqa məhdud müdaxiləsinə icazə verməyə məcbur olacaq"-ekspert bildirib. Bağdaddakı İraq hökumətinə gəldikdə isə, Baram onların paytaxtı idarə edə bilmədikləri halda, Bağdaddan yüz mil şimalda yerləşən yüksək dağlıq ərazi olan Kürdüstanı da idarə edə bilməyəcəklərini hesab edir. Türkiyə hökuməti noyabrın 30-da antiterror əməliyyatının keçirilməsini təsdiq edib və bir neçə saatdan sonra artilleriya və vertolyotlar kürd döyüşçülərinin mövqelərini atəşə tutub. Türk tərəfi əməliyyatın məqsədlərinin yerinə yetirildiyi və düşmənin ağır itki verməsi haqqında məlumat verib. KFP-nin nümayəndələri əvvəlcə Türkiyə tərəfindən hücum faktını inkar etsələr də, sonra raket-bomba zərbəsi olduğunu etiraf ediblər. Lakin onların sözünə görə, kürd tərəfdən zərər çəkən yoxdur.

Xəbər lenti

Xəbər lenti