...

Prezident İlham Əliyev Dağıstan Respublikası Prezidentinin müşaviri Səid Qurbanovu qəbul edib

Siyasət Materials 12 Dekabr 2007 19:02 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , Prezident İlham Əliyev dekabrın 12-də Prezident sarayında Dağıstan Respublikası Prezidentinin müşaviri Səid Qurbanovu qəbul edib. Heydər Əliyevlə uzun illər şəxsi dostluq münasibətlərini xatırlayan Qurbanov xalqımızın ümummilli liderinin vəfatının ildönümü ilə əlaqədar dövlətimizin başçısına dərin hüznlə başsağlığı verib. Dağıstanlı müşavir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Dövlətimizin başçısı başsağlığına və Heydər Əliyevin xatirəsinə göstərdiyi ehtirama görə Səid Qurbanova minnətdarlığını bildirib.

Xəbər lenti

Xəbər lenti