...

Varisinin adını çəkməklə Vladimir Putin öz hakimiyyətinin irsiliyini təmin edib-israilli ekspert

Siyasət Materials 10 Dekabr 2007 19:08 (UTC +04:00)
Varisinin adını çəkməklə Vladimir Putin öz hakimiyyətinin irsiliyini təmin edib-israilli ekspert

İsrail, Yerusəlim/ " müxbir R.Abdullayev/ Dörd partiya tərəfindən Dmitri Medvedyevin namizədliyinin irəli sürülməsi və Vladimir Putinin onun namizədliyini dəstəkləməsi, faktiki olaraq, gələcəkdə Rusiyanı kimin idarə edəcəyini göstərib. Hayfa Universitetinin keçmiş SSRİ ölkələri üzrə eksperti Avinoam İdan belə hesab edir. Dekabrın 2-də keçirilən parlament seçkilərində səslərin 75 faizini toplayan dörd siyasi partiya bazar ertəsi RF prezidentliyinə Baş nazirin müavini Dmitri Medvedyevin namizədliyini irəli sürməyi təklif edib. Çərşənbə günü İdan Trend ə bildirib ki, Putinin dəstəklədiyi Medvedyevin namizədliyinin irəli sürülməsi, faktiki olaraq, Rusiyada prezident seçkisi kampaniyasının başlanğıcı və sonunu bildirir. Beləliklə, Putin prezident kadensiyası başa çatdıqdan sonra Rusiya ilə nə olacağı və Rusiyanı kimin idarə edəcəyi suallarına cavab verib. "Məlum olan odur ki, prezident Putin Rusiya siyasi hakimiyyət piramidasına öz güclü təsirini qoruyub saxlayacaq. Öz namizədinin adını çəkməklə rusiyalı lider irsiliyi təmin edib" -İdan bildirib. Onun rəyinə görə, Putinin seçiminə əsasən, Medvedyevin müsbət imici onun Rusiya hökumətinin Baş nazirinin müavini, "Qazprom"-un Direktorlar Şurasının sədri və DTK keçmişi olmayan gənc liberal olması ilə yaradılır. Ekspert hesab edir ki, Putin, mümkün varislər arasından institutların yaradılmasına hamilik edən , postindustiral iqtisadiyyatın prioritetləri anlayışını qeyd etməklə, inkişaf üçün zəmin yaradan insanı seçib. İdan qeyd edib ki, Medvedyev 2000-ci il prezident kampaniyasında Putinin seçki qərargahına rəhbərlik edib, Kreml, enerji nəhəngini siyasi məqsədlərdə istifadə etməyi qərara alanda, "Qazprom"-da yüksək vəzifə tutub, sonra isə, neft gəlirlərinin prioritet milli layihələrə yatırılmasına cavabdeh təyin edilib. "Gələcək prezident Putin kursunun qorunub saxlanılması missiyasına yaxşı hazırlanıb. Belə ki, qoruyub saxlamalı olduğunun əksəriyyətini o özü yaradıb. O prezident roluna səkkiz il əvvəl hakimiyyətə gələn Putindən daha yaxşı hazırlıqlı görünür" politoloq bildirb. İsrailli politoloqun rəyinə görə, Medvedyev Rusiyada Putinin dövründə olan kursu davam etdirəcək. "Hazırda Rusiyada söhbət irsən alınan siyasi kursun aradan qaldırılmasından deyil, onun davam etdirilməsindən gedir. Bu vəzifəni yerinə yetirmək üçün heç də yeni siyasi profil yox, yeni sima lazımdır. Medvedyevin parlaq profilinin olmaması problem sayıla bilməz"-ekspert bildirib. "Rusiyada indi baş verən hadisələr Kremldə əsl hakimiyyətə kimin sahib olduğu haqqında əbədi rus rebusunun açılmasında növbəti raunddur"-israilli ekspert bildirib.

Xəbər lenti

Xəbər lenti