...

Azərbaycan Parlamentinin nümayəndə heyəti Londona gedib

Siyasət Materials 13 Dekabr 2007 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Azərbaycan Parlamentinin bir qrup deputatı Böyük Britaniyanın parlament təcrübəsini öyrənmək üçün Londona gedib. "Səfər çərçivəsində Milli Məclisin nümayəndə heyəti Britaniya Parlament sistemində xüsusi komitələrin işi mövzusunda və vətəndaş cəmiyyəti təşkilatlarının üzvləri ilə birgə keçiriləcək seminarlarda iştirak edəcək, Parlamentin cəmiyyətdə rolu, Şotlandiya-Azərbaycan əlaqələrinə dair müzakirələr aparacaqlar" - deyə cümə axşamı Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Nümayəndə heyətinə Milli Məclis sədrinin müavini Valeh Ələsgərov, deputatlardan Rövşən Rzayev, Siyavuş Novruzov, Çingiz Əsədullayev, Nizami Xudiyev, Fuad Muradov, Nizami İsgəndərov, Ülvi Quliyev, Mirkazım Kazımov, Rafael Cəbrayılov, İlyas İsmayılov, İkram İsrafilov və Əli Məsimli daxildir.

Tədbirləri Britaniyanın LİNKS təşkilatı təşkil etdib. Səfər müddətində Milli Məclisin deputatları ölkəmizin Böyük Britaniyadakı səfirliyində də olacaq, Parlamentdə və Xarici İşlər Nazirliyində bir sıra görüşlər keçirəcəklər.

Xəbər lenti

Xəbər lenti