...

Medvedyevin varis seçilməsi Vladimir Putinin hələ uzun müddət mühüm rol oynayacağını göstərir – amerikalı ekspert

Siyasət Materials 14 Dekabr 2007 14:13 (UTC +04:00)
Medvedyevin varis seçilməsi Vladimir Putinin hələ uzun müddət mühüm rol oynayacağını göstərir – amerikalı ekspert

Dmitriy Medvedyevin hazırkı prezident Vladimir Putinin davamçısı qismində Rusiyanın dövlət başçısı postuna seçilməsi onu göstərir ki, Putin Rusiya siyasətində hələ uzun müddət mühüm rol oynamaqda davam edəcək.

"Bu hadisə müxtəlif şayiələrə son qoydu və Rusiyada potensial qeyri-sabitlikdən qaçmağa imkan yaratdı. Medvedyevin seçilməsi onu göstərir ki, Putin hələ uzun müddət Rusiya siyasətində mühüm rol oynamaqda davam edəcək, hətta prezident postundan getdikdən sonra belə. Medvedyev Putinin havadarıdır" - deyə "Washington ProFile"ə müsahibəsində Amerikanın "İrs" Fondunun elmi əməkdaşı Ariel Koen bildirib.

Rusiya Federasiyasının prezidenti dekabrın 10-da baş nazirin birici müavini və "Qazprom"un Direktorlar Şurasının rəhbəri Dimitri Medvedyevin RF prezidenti postuna namizədliyini dəstəkləyib. "Bütünlüklə bu təklifi dəstəkləyirəm" - deyə 2008-ci il martın 2-də keçiriləcək prezident seçkiləri üzrə Medvedyevin namizədliyini irəli sürən dörd partiyanın rəhbərləri ilə görüş zamanı Putin bildirib. Medvedyevi Dövlət Dumasına seçilmiş "Vahid Rusiya" və "Ədalətli Rusiya", həmçinin "Aqrar partiya" və "Vətəndaş gücü" partiyaları dəstəkləyir.

Koen hesab edir ki, Rusiya siyasətində son dərəcə kəskin mübarizə gedir. "Medvedyev bürokratik oyunlarda zəifdir və xarici siyasət arenasında iş təcrübəsinə malik deyil. Buna görə yaxın zamanlarda o, Putinin dəstəyinə ehtiyac duyacaq" - deyə ekspert əlavə edib. "Bununla yanaşı, Medvedyev Putinə yaxın illərdə əhəmiyyətli siyasi təsirini saxlayacağına dair zəmanət verməyə məcburdur".

Koen hesab edir ki, əgər Putin Medvedyevə özbaşına fəaliyyət göstərməyə imkan versə, o zaman "Medvedyev dövrü" "Putin dövrü"dən fərqlənə bilər: "Hətta əgər Medvedyev Rusiyanı həqiqi demokratiya yoluna istiqamətləndirməsə belə, o, ölkənin totalitarizmə doğru getməsini dayandıra bilər" - deyə Koen bildirib. Bundan əlavə, Medvedyev yadda saxlamalıdır ki, Rusiyada və SSSR-də zəif liderlərə - İkinci Nikolay, Georgi Malenkov, Nikita Xruşev, Mixail Qorbaçov və Boris Yeltsinə qarşı ictimaiyyətin rəyi həmişə az coşğulu olub. Eyni zamanda, Birinci Pyotr, İkinci Yekatrina, Vladimir Putin və hətta İosif Stalin kimi güclü liderlər çoxları tərəfindən pozitiv qəbul olunub və olunur. Buna müvəffəq olmaq üçün Medvedyev öz gücünü nümayiş etdirməlidir".

Xəbər lenti

Xəbər lenti