...

Ermənistan büdcəsinin imkanlarından artıq silahlanıb - nazir müavini (video)

Siyasət Materials 14 Dekabr 2007 14:32 (UTC +04:00)
Ermənistan büdcəsinin imkanlarından artıq silahlanıb - nazir müavini (video)

Azərbaycan, Bakı/ Trend müxbir K.Ramazanova/ Ermənistanın rəsmi şəxslərinin Azərbaycan iqtisadiyyatının hərbiləşdirilməsi haqqında söylədiklərinin əsası yoxdur. Bu barədə cümə günü Azərbaycan xarici işlər nazirinin müavini Araza Əzimov məlumat verib. "Azərbaycan iqtisadiyyatı bazar qanunlarına əsaslanaraq sülh şəraitində inkişaf edir" Əzimov bildirib. Onun sözlərinə görə, Azərbaycanın Silahlı Qüvvələri müdafiə məqsədlərinə xidmət edir və bu proses ölkənin təhlükəsizliyi tam təmin edilənədək davam etdiriləcək. Əzimov qeyd edib ki, ərazisini və əhalinin sayını nəzərə almaqla Azərbaycan Silahlı Qüvvələrinin sayı bir çox ölkələrlə müqayisədə çox da böyük deyil. Əzimov bildirib ki, Ermənistan büdcəsinin imkan verdiyindən artıq silahlanıb. O həmçinin qeyd edib ki, Azərbaycan müharibə tərəfdarı deyil. "Öz ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycan siyasi, iqtisadi və diplomatik səviyyədə hər şeyi edəcək" nazir müavini bildirib.

Xəbər lenti

Xəbər lenti