...

Müxalifətçi partiyanın prezident seçkisi ilə əlaqədar seçki qərargahı yaradıldı

Siyasət Materials 17 Dekabr 2007 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifətçi Klassik Xalq Cəbhəsi Partiyasının gələn il keçiriləcək prezident seçkisi ilə əlaqədar seçki qərargahı yaradılıb. Bu barədə bazar ertəsi Trend ə partiyadan məlumat verilib.

KXCP Ali Məclisinin bazar günü keçirilən sessiyasında partiyanın "2008-ci il üçün fəaliyyət istiqamətləri" və 2008-ci il prezident seçkisi ilə bağlı "Minimum proqram" sənədləri qəbul edilib.

Ali Məclis KXCP-nin mərkəzi seçki qərargahının və rayon-şəhər təşkilatlarında ərazi seçki qərargahlarının yaradılmasına dair qərar çıxarıb.

Partiyanın prezident seçkisində iştirak edəcək namizədi hələlik müəyyən olunmayıb. KXCP Ali Məclisinin növbəti sessiyasında partiyanın namizədi müəyyənləşəcək və seçkidə namizədliyinin irəli sürülməsi barədə qərar çıxarılacaq.

2006-cı ilin mart ayında müxalifətçi Klassik Xalq Cəbhəsi Partiyasının təsis qurultayı keçirilib. Həmin vaxta qədər partiya Azərbaycan Xalq Cəbhəsi Partiyası adına iddia edirdi və "Klassiklər" AXCP-si kimi tanınırdı. Azərbaycanın eks-prezidenti, AXCP-nin sədri Əbülfəz Elçibəyin müavini olmuş Mirmahmud Mirəlioğlu 2000-ci ildə partiyanın iki yerə parçalanmasından sonra "Klassiklər" qanadına sədrlik edib. 2006-cı ildə partiyanın adında dəyişiklik edilərək KXCP adlandırılıb.

Xəbər lenti

Xəbər lenti