...

Azərbaycan prezidenti Səhiyyə Nazirliyinin yeni təcili tibbi yardım avtomobilləri ilə tanış olub

Siyasət Materials 30 Dekabr 2007 10:43 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Dekabrın 29-da Bakının Azadlıq meydanında Səhiyyə Nazirliyinin aldığı yeni təcili tibbi yardım avtomobilləri və tibbi avadanlıq nümayiş etdirilib. Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Prezident Əliyevin 2007-ci il 20 fevral tarixli "Təcili və təxirəsalınmaz tibbi yardım xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Sərəncamına əsasən, ayrılmış 12 milyon manat vəsait hesabına Almaniyadan 150 ədəd "Mercedes" markalı təcili tibbi yardım avtomobili alınıb. Bunların 121-i "Mercedes-Benz VİTO", 10-u USM cihazı ilə təchiz olunmuş "SPRİNTER", 2 ədədi pediatrik küvezlə təchiz olunmuş "SPRİNTER", 16-sı "SPRİNTER", 1 ədədi isə səyyar-stasionar ambulans avtomobilləridir. Bundan başqa, ABŞ istehsalı olan rəqəmsal "TETRA" və GPRS rabitə və motolokasiya sistemləri, təcili yardım briqadaları üçün xüsusi geyim dəstləri və dərman preparatları alınıb.

Təcili və təxirəsalınmaz tibbi yardım briqadaları tələb olunan 87 adda dərman preparatları və sarğı materialları, oksigen qurğuları, venadaxili vurulan məhlullar və transfuziya sistemləri ilə tam təmin olunub.

Məlumat verilib ki, ötən il respublika üzrə təcili yardım çağırışlarının sayı 1 milyon 169 min olub ki, bunun da 378 mini Bakı şəhərinin payına düşüb. Bu il isə bu rəqəm müfaviq olaraq 1 milyon 65 min və 330 min olub.

Prezident Əliyev avtomobillərlə, onların texniki göstəriciləri və təchizatı ilə tanış olub.

Xəbər lenti

Xəbər lenti