...

Parlament Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bəyanat qəbul edib

Siyasət Materials 30 Dekabr 2007 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd olunması dünyanın bütün kuşələrinə səpələnmiş soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında birləşməsinə böyük təsir göstərib. Milli Məclisin payız sessiyasının bazar günü keçirilən sonuncu iclasında 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Parlamentin qəbul etdiyi bəyanatda belə deyilir.

Bəyanatda qeyd olunub ki, 16 il əvvəl Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bayram kimi elan olunması Azərbaycanın ən yeni tarixinin mühüm siyasi hadisələrindən biridir.

Bəyanatda vurğulanıb ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü soydaşlarımızın mill mənlik şüurunun formalaşmasına, eyni zamanda azərbaycanlıların güclü xalq kimi meydana çıxmasına böyük təsir göstərib.

Xəbər lenti

Xəbər lenti