...

RF Kosovodan sonra Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaq niyyətində olduğunu deməyib – Sergey Lavrov

Siyasət Materials 23 Yanvar 2008 18:13 (UTC +04:00)

Rusiya, Moskva, 23 yanvar / Trend , müxbir R.Ağayev / Çərşənbə günü RF Xarici İşlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Kosovonun müstəqilliyini tanıdıqdan sonra, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyacağını heç vaxtı deməyib. "Rusiya hökuməti Kosovodan sonra Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyacağını deməyib", - nazir Moskvada mətbuat konfransında deyib.

1999-cu ildə Kosovo, formal olaraq, Serbiyanın tərkibindədir və BMT tərəfindən idarə olunur. Kosovo albanları bu ölkənin müstəqilliyini tələb edirlər. Qərb, Kosovonun müstəqilliyini tanımağa hazır olduğunu bildirib. Lakin Belqrad yalnız muxtariyyat verməyə hazırdır. Rusiya Belqradın, BMT-nin Nizamnaməsini pozaraq, sərhədlərin yenidən bölünməsini istisna edən mövqeyini dəstəkləyib.

"Nazir hesab edir ki, bəzi beynəlxalq qüvvələrin mövqelərinə əsasən, Rusiyanın, Kosovonun müstəqilliyini tanımaqla udacağı,fikri səhvdir. Çoxlarında belə bir fikir möhkəmlənib ki, Rusiya presedent olacağına ehtiyat etdiyindən, Kosovo üzrə belə sərt çıxış edir, lakin ürəyində ətrafındakıları tanımaq üçün bunun baş verməsini gözləyir. Bu, Rusiyanın mövqeyinin ən səhv izahıdır", - nazir bidirib.

"Rusiya tərəfi separatçı qüvvələrin stabilliyi pozmasını başa düşür. Biz özümüz bunu yaşamışıq. Bu səbəbdən də, bizi bunda günahlandırmaq olmaz. Stabilliyi qorumaq, separatizm və beynəlxalq normaların qoruması bizim marağımızdadır", - nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti