...

Qondarma "erməni soyqırımı"na dəstək vədləri ABŞ da seçkiqabağı siyasətdir – ekspertlər

Siyasət Materials 24 Yanvar 2008 13:00 (UTC +04:00)
Qondarma "erməni soyqırımı"na dəstək vədləri ABŞ da seçkiqabağı siyasətdir – ekspertlər

Azərbaycan, Bakı, 23 yanvar / "Trend , müxbir R.Hafizoğlu/ ABŞ-da prezidentliyə namizəd Barak Obamanın qondarma "erməni soyqırımı"na dəstək verəcəyi barədə vədləri, qarşıdakı seçkilərdə erməni lobbisinin səsini toplamaq üçündür - deyə amerikalı ekspert Merve Kavakçı hesab edir

Obama prezident seçilərsə, "1915-1918 illərdə Osmanlı imperiyası tərəfindən erməni soyqırımı"nı Ağ Ev tərəfindən qəbul ediləcəyini və ABŞ -Ermənistan əlaqələrini daha da inkişaf etdirəcəyini keçən həftə bəyan edib.

Obamanın qondarma "erməni soyrımı"nı rəsmən qəbul edəcəyi haqqında dedikləri ABŞ ermənilərinin səsini toplamaq üçün atılan bir addımdır - deyə, Corc Vaşinqton Universitetinin eksperti, Türkiyə parlamentinin keçmiş deputatı Merve Kavakçı çərşənbə günü elektron poçt vasitəsiylə Vaşinqtondan Trend ə bildirib.

Ekspertin fikrincə, prezidentliyə diqər namizəd Hillari Klintondan fərqli olaraq, Obamanın qondarma "erməni soyqırımı"nı qəbul edəcəyini açıqdan söyləməsi onun təcrübəsiz siyasətçi olmasını göstərir. "Obama prezident seçilsə belə, qondarma "erməni soyqırımı"nın qəbul ediləcəyini düşünmürəm. Bunun qəbul edilməsi ilə ABŞ, Türkiyə kimi siyasmi müttəfiqini itirə bilər"-deyə Kavakçı qeyd edib.

"Türkiyə ilə ABŞ müttəfiq olduqları müddət də ABŞ parlamentində qondarma "erməni soyqırımı"nın qəbul edilməsi mümkün olmayacaq.Hesab edirəm ki, ABŞ da hər il aprelin 24 -də, rəmzi olaraq, qondarma "erməni soyqırımı" müzakirə ediləcək"- deyə politoloq əlavə edib.

Türkiyənin Avrasiya Strateji Araşdırmalar Mərkəzinin direktoru Arif Kəskin də hesab edir ki, Obamanın sözləri seçkiqabağı vəddən başqa bir şey deyil. "Obamanın qondarma "erməni soyqırımı"nı qəbul edəcəyi barədə söylədikləri onu deməyə əsas verir ki, Obama çox təcrübəsiz siyasətçidir"-deyə, Kəskin Trend ə çərşənbə günü İstanbuldan telefonla bildirib.

Türkiyə hökuməti qondarma "erməni soyqrımı" iddialarını təkzib edir və rəsmi bəyanatlarda bildirilir ki, 1915-ci ildə Osmanlı İmperiyasında təhlükəsizliyin təmin edilməsi məqsədilə, orada yaşayan erməni əhalisinin bir yerdən digər yerlərə köçürülməsi qərarı heç bir halda "soyqırım" sayıla bilməz. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Ermənistana rəsmi müraciətlərində hər iki ölkənin arxivlərinin açılması, ortaq tarixçilər qrupu yaradılaraq, 1915-ci il hadisələrinin onlar tərəfindən araşdırılmasını təklif edib. Ermənistan tərəfi indiyədək bu müraciəti cavabsız qoyub.

Xəbər lenti

Xəbər lenti