...

Azərbaycanın gənclər təşkilatları cəmiyyətə təsirlərinin kifayət qədər olmadığını hesab edirlər – sorğu

Siyasət Materials 2 Fevral 2008 13:35 (UTC +04:00)
Azərbaycanın gənclər təşkilatları cəmiyyətə təsirlərinin kifayət qədər olmadığını hesab edirlər – sorğu

Azərbaycan, Bakı, 02 fevral / Trend , müxbir C.Babayeva/ Trend Agentliyi Gənclər Günü münasibəti ilə Azərbaycanın gənclər təşkilatları arasında gənclərin ölkənin ictimai-siyasi həyatına və problemlərə təsirinə dair sorğu keçirib.

Demokratik İslahatlar Partiyasının Gənclər Təşkilatının sədri Ramin Hacılı - Təəssüf ki, Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatına təsiri kifayət qədər deyil. Gənclər yalnız icraçı rolundadır, müstəqil qərarlar qəbul etmirlər. Gənclərin ən böyük problemi onlara qarşı olan ayrıseçkilikdir. Onlar özlərini kifayət qədər azad hesab etmirlər. Azad düşüncəli gənc insanlar cəmiyyətdə maneələrlə qarşılaşırlar.

"İrəli" Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçisi Ceyhun Osmanlı - Gənclər Azərbaycan əhalisinin böyük hissəsini təşkil edir. Onlar Parlament, dövlət strukturları, beynəlxalq və qeyri-hökumət təşkilatlarında təmsil olunurlar. Gənclərimizin cəmiyyətin bütün sahələrində daha çox təmsil olunması üçün kifayət qədər potensialı var. Gənc insanların əsas problemləri məşğulluqla bağlıdır. Əhalinin kasıb təbəqəsinin müəyyən hissəsini məhz gənclər təşkil edir. Dövlət məşğulluqla bağlı problemin həll edilməsi üçün böyük güc sərf etməlidir. Azərbaycan gəncləri keyfiyyətli təhsil almaq istəyir. Hökumət keyfiyyətli təhsilə böyük diqqət ayırmalııdır.

Azərbaycanın Gənclər Platformasının sədri Nurəddin Babayev - Ölkənin ictimai-siyasi həyatına gənclərin fəal təsiri müşahidə olunmur. Bu gün Azərbaycan gəncləri, sadəcə olaraq, ona təsir gücündə deyillər. Müxalif yönlü gənclər problemlərlə qarşılaşır.

"Dalğa" Gənclər təşkilatının sədri vəzifəsinin icraçısı Araz Qasımov - Azərbaycan gənci fəallıqda Avropadakılardan geri qalmır. Dövlət gənclərin daha çox qayğısına qalmalı, onların cəmiyyətdəki fəallığını artırmalıdır. Azərbaycan gənclərinin ən böyük problemi təhsildir.

Müxalifət yönümlü "Musavat" partiyası gənclər təşkilatının sədri Tural Abbaslı - Azərbaycan gənclərinin ictimai-siyasi proseslərə təsiri minimuma enib. Gənc insanlar, əsasən, maddi vəziyyətlə bağlı olaraq, öz problemlərini həll etmək gücündə deyillər. Gənclərin əksəriyyəti maliyyə probleminə görə ailə qura, təhsillərini davam etdirə bilmirlər.

Xəbər lenti

Xəbər lenti