...

Azərbaycanda insan alveri ilə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib

Siyasət Materials 6 Fevral 2008 13:53 (UTC +04:00)
Azərbaycanda insan alveri ilə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda insan alveri ilə məşğul olan mütəşəkkil dəstə zərərsizləşdirilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən çərşənbə günü Trend ə bildiriblər ki, nazirliyin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Yusif Allahverdiyev, İradə Qarayeva və Rəhimə Məmmədova mütəşəkkil dəstə yaradaraq gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoymaları faktı ilə əlaqədar tutulublar.

Ötən il insan alveri ilə bağlı cinayətlərə görə 300 nəfər məsuliyyətə cəlb olunub. Qadınlara qarşı törədilən belə cinayətlərin sayı 2006-cı illə müqayisədə 55,8% artıb, həmin cinayətləri törədənlərin yarıdan çoxunu da -54,0%-ni qadınlar təşkil edib.

Bundan başqa, Sumqayıt şəhər sakini Nuranə Musayeva və Samux rayon sakini Vüsalə Babayeva gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoymaları faktı ilə əlaqədar saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti