...

Ermənistan Dağlıq Qarabağ münaqihəsinin nizamlanmasına dair konstruktiv mövqe tutmalı olacaq – Prezident Aparatının şöbə müdiri

Siyasət Materials 13 Fevral 2008 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir E.Hüseynov / Rəsmi Bakı hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinin Ermənistan rəhbərliyi tərəfindən uzadılmasına baxmayaraq, o, Azərbaycanın beynəlxalq nüfuzunun artması ilə bağlı konstruktiv mövqe tutmalı olacaq.

"Gec- tez, Ermənistan rəhbərliyi danışıqlarda konstruktiv mövqe tutacaq və münaqişənin nizamlanması üçün addımlar atmalı olacaq", - Azərbaycan prezidenti İcra Aparatının (PİA)Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Trend ə deyib.

Beynəlxalq vasitəçilər 1994-cü ildən dəfələrlə münaqişənin sülh yolu ilə həlli yollarını təklif ediblər, lakin Ermənistan liderləri vasitəçilərin təkliflərini qəbul etmədiyindən, problem dondurulmuş vəziyyətdə qalmaqdadır. Vasitəçilərin, Ermənistanda fevralın 19-da nəzərdə tutulan prezident seçkisindən qabaq, iki ölkə arasında qarşılıqlı öhdəliklər haqqında razılıq imzalanmasına dair sonuncu təklifi də həyata keçməyib.

"Ermənistan rəhbərliyi bu proseslərdə, bir növ, siyasi fırıldaqçılıqa məşğuldur", - Məmmədov hesab edir. Onun sözlərinə görə, onlar beynəlxalq ictimaiyyəti, ATƏT-in Minsk Qrupunun həmsədrlərini və bəzi ölkələri yanlış fikrə yönəldirlər. "Bu onlarda hələ alınmır. Lakin onlar başa düşməlidirlər ki, bunun sonu var", - Məmmədov deyib.

PA nümayəndəsi davam edərək bildirib ki, Azərbaycanın mövqeyi və nüfuzu həm regionda, həm də beynəlxalq ictimaiyyət arasında güclənir. "Həm beynəlxalq təşkilatların, həm də beynəlxalq ictimaiyyətin Azərbaycana dəstəyi artır", - Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin məhz sülh yolu ilə həllinə nail olmaq üçün, beynəlxalq təşkilatlar çərçivəsində nizamlama məsələsini qaldırır.

Məmmədov bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri münaqişə regionuna yenidən

səfər etmək niyyətindədirlər, lakin tarix hələ müəyyən edilməyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20%-i, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri. ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti