...

NATO-nun ölkədəki qüvvələrinin sayının artırılmasına ehtiyac yoxdur – Əfqanıstan XİN

Siyasət Materials 13 Fevral 2008 19:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral/ Trend , A. Qasımova, D.Xatınoğlu/ Rəsmi Kabil NATO -nun Əfqanıstandakı sülhməramlı qüvvələrinin fəaliyyətindən razı olsa da, o, ABŞ-ın ölkədə bu qüvvələrin sayının artırılması təşəbbüsünə qarşı çıxış edir.

"Ümumilikdə biz Əfqanıstanda fəaliyyət göstərən NATO üzvlərinin işindən razıyıq. Lakin bizim mövqeyimiz bundan ibarətdir ki, NATO terrorçu və cinayət qruplarına qarşı əməliyyat deyil, Əfqanıstandakı yerli hərbi və terror əleyhinə qüvvələr üçün treninqlər həyata keçirsin", - çərşənbə günü Əfqanıstan XİN-nin mətbuat katibi Bahim Əhməd telefonla Trend -ə bildirib.

ABŞ-ın müdafiə naziri Robert Qeyts bu günlərdə Münhendə təhlükəsizlik üzrə konfransda çıxışında bildirib ki, NATO-nun Əfqanıstandakı qüvvələrinin sayı artırılmalıdır. O, Pentaqonun Əfqanıstandakı alman kontingentinin sayının artırılmasını və onun ölkənin cənub ərazilərində də iştirak etməsini tələb etdiyini bildirib.

Avropalı analitik Daniel Korskinin rəyinə görə, NATO-nun Əfqanıstandakı kontingentinin artırılması məsələsini NATO-nun aperlin 2-4-ə təyin edilən Buxarest sammitinədək həll etmək lazımdır.

"Avropanın dəstəyi və hərbçilərin sayının artırılmasını təmin edən ABŞ və Avropa İttifaqı arasında ciddi razılıq olmadığı halda, Əfqanıstandakı uğur beynəlxalq kontingentin xəyalı olacaq. Aİ və ABŞ arasındakı Alyansa mənfi təsir göstərən fikir ayrılığı isə, azalmaycaq", - çərşənbə günü beynəlxalq münasibətlər üzrə Avropa Şurasının (ECFR) siyasi məsələlər üzrə baş əməkdaşı Korski Trend -ə müsahibəsində bildirib.

Məqalə müəllifinin elektron ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti