...

Azərbaycan prezidenti ölkəmizin Budapeştdəki səfirliyinin yeni binası ilə tanış olub

Siyasət Materials 20 Fevral 2008 00:11 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev fevralın 19-da, Macarıstana dövlət səfərinin ikinci gününün sonunda ölkəmizin Budapeştdəki səfirliyinin yeni binası ilə tanış olub.

İlham Əliyev səfirliyin binasının xarici görünüşünü seyr edib. Məlumat verilib ki, yeni bina Budapeştin mərkəzi və ən gözəl məhəllələrindən birində - Ötvhş küçəsində yerləşir. Bu küçə YUNESKO-nun mədəni irs siyahısına daxil edilib. İspaniya, Türkiyə, Avstriya, Çexiya və Rusiya səfirlikləri də bu küçədə yerləşir. XIX əsrin sonu-XX əsrin əvvəllərində tikilmiş bina üç korpusdan ibarətdir və memarlıq abidəsi sayılır. Bina Azərbaycan səfirliyinin mülkiyyətinə keçdikdən sonra tamamilə yenidən təmir olunub.

Ümumi sahəsi 1000 kvadratmetrdən çoxdur. Burada danışıqlar və konfrans salonları, diplomatlar üçün hər cür şəraiti olan iş otaqları var. Konsulluq da bu binada yerləşəcək. Səfirliyin binası ilə yaxından tanış olan dövlət başçısı diplomatları təbrik edib, onlara uğurlar arzulayıb, tövsiyə və tapşırıqlarını verib.

Xəbər lenti

Xəbər lenti