...

Azərbaycan neftinin qiyməti qalxıb

Siyasət Materials 20 Fevral 2008 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / Trend , müxbir A.Bədəlova / Fevralın 19-da CİF liman Auqusta şərtlərilə Azərbaycan neftinin qiyməti $98,53/barelə çatıb. 1997-ci ildən bu xammalın hasilatı ilə məşğul olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən çərşənbə günü verilən məlumatda deyilir ki, çərşənbə axşamı neftin qiyməti bazar ertəsi ilə müqayisədə $1,78/barel qalxıb.

"Azeri Light" növlü neft Azərbaycanın "Azəri-Çıraq-Günəşli" dəniz yataqları blokunda hasil olunur. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanına çatdırılır.

ARNDŞ-dan bildiriblər ki, fevralın 19-da FOB Türkiyənin Ceyhan Limanı şərtləri ilə Azərbaycan neftinin qiyməti $97,38/barel təşkil edib və bu əvvəlki qiymətdən $1,95/barel çoxdur.

Azərbaycan xammalı Bakı-Novorossiysk boru kəməri ilə gətirərək, neftin URALS növünü Novorossiysk limanından satır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəməri sistemində digər növlərlə qarışdırılır və Novorossiysk limanından URALS şəklində satılır.

Neftin bu növü keyfiyyət və qiymət baxımından Azəbaycan nefindən geri qalır.

Fevralın 19-da Novorossiysk limanından yüklənmə ilə URALS neftinin qiyməti $91,41/barel təşkil edib və bu əvvəlki qiymətdən $1,58/barel çoxdur.

Şimal dənizində hasil edilən Brent Dated etalon növü ilə də oxşar haldır. Fevralın 19-da "Brent Dated" neftinin bir barelinin qiyməti $96,8/barelə çatıb və əvvəlki qiymətdən $1,59/barel çox olub.

Xəbər lenti

Xəbər lenti