...

Varşavada Azərbaycan və Polşa prezidentləri danışıqlar aparıb

Siyasət Materials 26 Fevral 2008 18:28 (UTC +04:00)
Varşavada Azərbaycan və Polşa prezidentləri danışıqlar aparıb

Azərbaycan, Bakı, 26 fevral / Trend ", müxbir S.Ağayeva/ Azərbaycan və Polşa prezidentləri İlham Əliyev və Lex Kaçinski çərşənbə axşamı Varşavada iki ölkə arasında ikitərəfli münasibətlərin perspektivləri və GUAM çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Tərəflər energetika əməkdaşlığı məsələləri üzrə fikir mübadiləsi aparıblar.

İki dövlət başçısının görüşü Azərbaycan prezidentinin fevralın 26-dan Polşaya başlayan rəsmi səfərində baş tutub.

Azərbaycanın Polşadakı səfirliyindən telefonla verilən məlumat görə, iki ölkənin hökumət nümayəndələrinin geniş tərikbli danışıqlarının yekunu olaraq, bu dəqiqələrdə Varşavada ikitərəfli sənədlərin imzalanması prosesi gedir.

Əvvəllər verilən məlumata görə, prezidentlərin birgə Bəyanatının və iqtisadi əməkdaşlıq üzrə bir neçə müqavilənin imzalanması planlaşdırılır.

Polşanın Azərbaycandakı səfirliyindən verilən məlumata görə, fevralın 27-də dövlət başçısı və onun müşayiət edən Azərbaycan nümayəndə heyəti Qdanska gedəcək. Qdanskda prezident Əliyev Azərbaycan neftinin göndəriləcəyi neft emalı zavodu ilə tanış olacaq.

Xəbər lenti

Xəbər lenti