...

Fransanın Fars körfəzində manevri İrana qarşı addım ola bilər- politoloqlar

Siyasət Materials 27 Fevral 2008 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 fevral / Trend , müxbir D.Xatınoğlu/ Fransanın Birləşmiş Ərəb Əmirlikləri və Qətərlə birlikdə Fars körfəzində hərbi manevrə hazırlaşması, İran əleyhinə yeni bir addımın atılmasını göstərir.

"Fransanın Fars körfəzində manevrinin İrana qarşı addım olacağı istisna olunmur"- deyə, İran politoloqu Maşallah Şəmsalvaezin (Masha-Allah Shamsalvaezin) Trend ə bildirib.

"Financial Times" qazetinin fevralın 23-də yaydığı məlumata əsasən, Fransa Ərəb Əmirlikləri və Qətərlə birlikdə Fars körfəzində müştərək manevr keçirməyə hazırlaşır. Fevralda isə, Sarkozinin Ərəb Əmirliklərinə səfərində rəsmi Parisin Əbu-Dabi sahilində hərbi qərargah yaratmasına dair müqavilə imzalanıb.

Fars körfəzi ölkələri üzrə ekspert Şəmsəlvaezin çərşənbə günü Tehrandan telefonla Trend ə bildirib ki, Fransanın Qətər və Ərəb Əmirlikləri ilə birlikdə Fars körfəzində manevri, dolayısıyla İran əleyhinə bir addım ola bilər və bu məsələ istisna olunmur. " Bu manevr, əslində, Qətərin hərbi qüvvəlrinin müdafiə qabiliyyətini sınamaq və iki ölkə arasında olan hərbi müqavilələrə əsasən həyata keçirilir və İrana hansısa bir təhdid ola bilməz"-deyə, İran politoloqu bildirib.

Fransada fəaliyyət qöstərən iranlı analitik Hüseyn Lacəvərdi (Hossein Lacevardi) isə, hesab edir ki, Nikola Sarkozinin prezidentliyi dövründə Fransanın xarici siyasətində böyük dəyişikliklər baş verib. "Fransanın ABŞ -la münasibətləri eyni istiqamətə yönəlib. Rəsmi Paris İran əleyhinə sərt mövqe tutub və həmin siyasətlə rəsmi Tehranı özlərinə təhlükə hesab edən ərəb ölkələrində özünə geniş baza qazanıb"-deyə, İran Tədqiqatçılar Assosiasiyasının sədri (Assosiation of İranıan Researchers) Lacevərdi çərşənbə günü Parisdən telefonla Trend ə bildirib.

İranın İRNA Agentliyinin məlumatına əsasən, XİN sözçüsü Məhəmmədəli Hüseyni fevralın əvvəllərində jurnalistlərə bildirib ki, Fransanın Əbu-Dabidə hərbi qərargahını və qüvvələrini yerləşdirməsi regionun təhlükəsizliyinin təmin olunmasında müsbət rol oynamayacaq və biz bu addıma qarşıyıq. Fransanın Qətər və Ərəb Əmirliklərilə birlikdə keçirəcəyi manevrdə Fransanın 1500 hərbçisi, iki təyyarədaşıyan gəmi, səkkiz qırıcı təyyarəsi iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti