...

Azərbaycan Kosovodan sülhməramlıların geri çağırılması məsələsində milli maraqları nəzərə alaraq çıxış edib – nazir müavini

Siyasət Materials 28 Fevral 2008 12:14 (UTC +04:00)
Azərbaycan Kosovodan sülhməramlıların geri çağırılması məsələsində milli maraqları nəzərə alaraq çıxış edib – nazir müavini

Azərbaycan, Bakı, 28 fevral / " , müxbir K.Ramazanova/ Azərbaycan Kosovodan sülhməramlıların geri çağırılması məsələsində milli maraqları nəzərə alaraq çıxış edib. Bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib.

Azərbaycan prezidenti bu günlərdə Kosovodan Azərbaycan sülhməramlılarının geri çağırılması barədə qərarın qəbul olunması çağırışı ilə ölkə parlamentinə müraciət göndərib. Rəsmi Bakı əvvəllər Kosovo əyalətinin Serbiyadan birtərəfli qaydada ayrılmasının qanunsuz olduğu barədə bəyanat verib. Ölkə parlamenti dövlət başçısının müraciətini müzakirə edəcək.

Kosovo fevralın 17-də birtərəfli qaydada öz müstəqilliyini bayan edib.

"NATO Alyansa üzv ölkələrə münasibətdə olduğu kimi, tərəfdaş ölkələrin təhlükəsizliyini təmin etmir" - deyə Əzimov bildirib.

O qeyd edib ki, Kosovo ilə bağlı vəziyyət kəskin dəyişib və Azərbaycan bu dəyişikliklər səbəbindən öz mövqeyinə yenidən baxmalıdır. "Lakin buna baxmayaraq, Azərbaycanın NATO ilə münasibətləri dəyişməz qalacaq" - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti