...

Azərbaycan prezidenti NATO Baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 7 Mart 2008 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 mart / Trend / Azərbaycan prezidenti İlham Əliyev cümə günü Prezident sarayında NATO Baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Simmons NATO ilə Azərbaycan arasında əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayıb. O, NATO-nun üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Buxarestdə keçiriləcək sammitində Baş katib Sxefferin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü səbirsizliklə gözlədiyini bildirib.

Prezident İlham Əliyev NATO ilə ölkəmizin müvafiq strukturları arasında əməkdaşlığın uğurla davam etdiyini bildirib, Buxarestdə keçiriləcək sammitin Azərbaycan -NATO əməkdaşlığının gələcəkdə də inkişaf etdirilməsi baxımından əhəmiyyətli olacağını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti