...

Azərbaycan hərbçiləri NATO-nun tədbirlərində iştirak edir

Siyasət Materials 11 Mart 2008 10:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir E.Hüseynli/ NATO ilə Azərbaycan arasında imzalanmış fərdi proqrama uyğun olaraq, "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Azərbaycan Milli Ordusunun hərbçiləri İsveçrənin Spies şəhərində bu gün işinə başlayan "KİV və ictimai əlaqələr" kursunda iştirak edir. Bu barədə çərşənbə axşamı Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycan hərbçiləri, həmçinin Xorvatiyanın Split şəhərində "MEDJEUR-2008" təliminin yekun planlaşdırma konfransında iştirak edirlər. Xorvatiyada martın 11-də başlanılan konfrans 3 gün davam edəcək.

Məlumata görə, Azərbaycan hərbçiləri sabah Almaniyanın Qarmiş Partinkirxen şəhərində başlanılacaq "Təhlükəsizlik, stabillik, keçid və yenidənqurma" mövzusunda kursunda iştirak etmək üçün bu ölkəyə gediblər. Tədbir aprelin 2-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti