Azərbaycan, Gəncə, 13 mart / Trend ", müxbir V.Məmmədov/ Şəmkir rayonunda martın 10-da itkin düşmüş 23 yaşlı qızın meyiti dünən Şəmkirçaydan tapılıb. Bu barədə cümə axşamı Trend a Şəmkir rayon Polis İdarəsinin rəis müavini İmaməddin Namazov məlumat verib.
Bazar ertəsi Şəmkirin Yuxarıçay kəndində yaşayan Zeynalabdinovalar ailəsi qızlarının itməsi ilə bağlı polisə məlumt vermişdi.
Namazov bildirib ki, 1985-ci il təvəllüdlü Gülsurə Pənah qızı Zeynalabdinovanın meyiti dünən Şəmkirçayın Seyfəli kəndi ərazisindən keçən hissəsində tapılıb. İstintaq zamanı müəyyənləşib ki, qız çayın kənarından keçərkən uçurumdan yıxılıb və su onu 5- 6 kilometr apararaq Seyfəli kəndinə gətirib.
Şəmkir paytaxt Bakıdan 400 kilometr qərbdə yerləşir.