...

İlham Əliyev Pərviz Müşərrəfi Pakistanın milli bayramı münasibəti ilə təbrik edib

Siyasət Materials 23 Mart 2008 01:23 (UTC +04:00)

Prezident İlham Əliyev Pakistanın Milli Bayramı münasibəti ilə bu ölkənin prezidenti Pərviz Müşərrəfə təbrik məktubu göndərib.

"Hörmətli cənab prezident, Milli bayramınız-Pakistan günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram. Bu gün Azərbaycan-Pakistan əməkdaşlığı müvəffəqiyyətlə inkişaf etməkdə və möhkəmlənməkdədir. Əminəm ki, dost ölkələrimiz arasında siyasi, iqtisadi əlaqələrin dərinləşməsi, ikitərəfli münasibətlərimizin əhatə dairəsinin genişlənməsi yolunda səylərimiz bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Pakistan xalqına sülh, sabitlik və əmin-amanlıq arzulayıram" - deyə məktubda bildirilir.

Xəbər lenti

Xəbər lenti