...

Avropa Şurası Nazirlər Komitəsi rəhbərinin Azərbaycana səfərinin tarixi dəyişdirilib

Siyasət Materials 27 Mart 2008 17:18 (UTC +04:00)
Avropa Şurası Nazirlər Komitəsi rəhbərinin Azərbaycana səfərinin tarixi dəyişdirilib

Azərbaycan, Bakı, 27 mart/ Trend müxbir A.Məhərrəmli/ Avropa Şurası Nazirlə Komitəsinin sədri, Slovakiya XİN-nin rəhbəri Yan Kubişin martın 31-ə təyin edilmiş Azərbaycana səfərinin tarixi dəyişdirilib. Bu barədə cümə günü Slovakiya XİN-dən Trend -a məlumat veriblər.

Səfərin tarixinin dəyişdirilməsinin səbəbləri və səfərin yeni tarixi haqqında məlumat verilmir.

Azərbaycan XİN-dən əvvəllər verilən məlumata görə, Avropa Şurası Nazirlər Komitəsi rəhbərinin səfəri planlı xarakter daşıyır və səfərin məqsədi Azərbaycan rəhbərliyi ilə qarşıdakı prezident seçkiləri ərəfəsində erməni-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı məsələlərin müzakirəsidir.

Prezident, Baş Nazir, xarici işlər naziri, həmçinin Azərbaycanın müxalifət partiyalarının nümayəndələri ilə görüşlər nəzərdə tutulurdu.

Xəbər lenti

Xəbər lenti