...

Məhkumlar R.Bəşirli, R.Əkbərov və M.Mədətov aclıq aksiyası keçirmirlər – Azərbaycan Pentensiar Xidməti

Siyasət Materials 29 Mart 2008 23:09 (UTC +04:00)

Azərbaycan, Bakı. 29 mart. / Trend / 1 saylı cəzaçekmə müəssisəsində cəza çəkən məhkumlar Ruslan Bəşirli, Rasim Əkbərov və Müşviq Mədətov aclıq aksiyası keçirmirlər. Bu barədə şənbə günü axşam Ədliyyə Nazirlyinin Pentensiar Xidmətinin İctimayyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilir.

Trend ın xəbər verdiyinə görə, məlumatda qeyd edilir ki üuxarıda adı çekilən məhkumlar 12 saylı cəzaçekmə müəssisəsində cəza çəkən Eynulla Fətullayevə dəstək məqsədilə aclıq aksiyası keçirmələri barədə bəzi KİV-rində yayılan məlumatların heç bir əsası yoxdur. "Adı çekilən məhkumlar dəfələrlə onların adlarından mətbuatda istifadə edildiyi barədə cəza çəkdikləri müəssisənin rəhbərliyinə məlumat vermişlər", - məlumatda deyilir.

Fətullayevin səhhətinə gəldikdə, Pentensiar Xidmətinin İctimayyətlə əlaqələr şöbəsinin məlumatına əsasən, o aclıq aksiyası keçirdiyi barədə myəssisə rəhbərliyinə müraciətindən dərhal sonra tibb hissəsində yerləşdirilmişdir, onun səhhəti normaldır, maye qəbul edir və həkimin nəzarətindədir.

Xəbər lenti

Xəbər lenti