...

Azərbaycan konsulluğun açılması üçün Gürcüstan XİN-ə müraciət edib

Siyasət Materials 31 Mart 2008 18:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir C.Babayeva/ Azərbaycanın Gürcüstandakı səfirliyi bu günlərdə Azərbaycan əhalisinin yaşadığı Kvemo-Kartli regionunun Marneuli şəhərində Azərbaycan konsulluğunun açılması ilə bağlı Gürcüstan XİN-ə rəsmi nota təqdim edib. Bu barədə bazar ertəsi Trend a telefonla Tbilisidən səfirliyin mətbuat katibi Elxan Poluxov məlumat verib.

Gürcüstanda, əsasən Kvemo-Kartli regionunda kompakt şəkildə təxminən 500 minə yaxın azərbaycanlı yaşayır.

Azərbaycan səfirliyi Gürcüstanda 1996-cı ildən fəaliyyət göstərir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti