...

Azərbaycanda son dörd ildə qəsdən adam öldürmə cinayətlərinin sayı azalıb-DİN rəsmisi

Siyasət Materials 1 Aprel 2008 18:37 (UTC +04:00)
Azərbaycanda son dörd ildə qəsdən adam öldürmə cinayətlərinin sayı azalıb-DİN rəsmisi

Azərbaycan, Bakı, 01 aprel / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda son dörd ildə qəsdən adam öldürmə cinayətlərinin sayı ilbəil azalıb. Bu barədə çərşənbə axşamı Daxili İşlər Nazirliyinin (DİN) kollegiya iclasında nazirliyin Baş Cinayət-Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski çıxışında bilidirb.

2004 -2007-ci illərdə qəsdən adam öldürmə cinayətləri törətmiş 875 nəfər müəyyən edilib, axtarışda olan 194 təqsirləndirilən şəxs tutulub. 230 nəfərdən ibarət 78 cinayətkar qrup ifşa olunub.

Şəkinski deyib ki, son 4 ildə qəsdən adam öldürmə cinayətlərinin açılması, orta hesabla, 87 faiz olub, 2007-ci ildə isə bu göstərici 91,4 faiz təşkil edib. Baş Cinayət-Axtarış İdarəsi tərəfindən qəsdən adam öldürmə cinayətləri üzrə 500-dən çox əməliyyat-axtarış işi öyrənilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti